Rusiya XİN rəhbəri növbəti ildə Rusiya xarici siyasətinin prioritetlərindən danışıb
Rusiya Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi yolunda səylərini daha da artıracaq. Bu barədə Ruxiya xarici işlər naziri Sergey Lavrov "İnterfaks" agentliyində müsahibəsində bildirib.
Rusiya XİN rəhbəri 2013-cü ildə Rusiya xarici siyasətinin priotitet istiqamətlərindən də söhbət açıb.
"Bizim diqqətimizdə həmçinin Yaxın və Orta Şərq, Şimali Afrika, Koreya yarımadası və Əfqanıstandakı vəziyyət olacaq. Heç şübhəsiz ki, biz MDB məkanında münaqişələrin, ilk növbədə isə Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün siyasi səylərimizi daha da aktivləşdirəcəyik", - deyə Sergey Lavrov bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB