“Spiderman“ öldü

"Spiderman"-ın öldürülməsi cizgi film pərəstişkarlarının reaksiyasına səbəb olub. SİA-nın xarici mətbuata əsasən verdiyi məlumata görə, cizgi filminin süjet xəttinə son verilib. ABŞ-da "Spiderman" süjet xətt ardıcıllığının 700-cü və son sayı bu həftə satışda olacaq. Dünyada böyük maraqla izlənilən "Spiderman"-in sonuncu hissəsində öz ruhunu və əlaqələrini rəqibinə təslim edən qəhrəman bu hadisədən sonra baş rəqibinin əllərində ölür.

Qeyd edək ki, filmin pərəstişkarları "Spiderman"-in ölümünə öz reaksiyalarını bildiriblər.

Yeganə Süleymanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə