"2013-cü il Türkiyə üçün çox mühüm və çətin il olacaq. Çünki region narahat dövr yaşayır". SİA-nın "Anadolu ajansı"na istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Baş nazirinin müavini Əli Babacan qatıldığı tədbirdə çıxışı zamanı deyib.
Babacanın sözlərinə görə, regionda yaranmış qeyri-sabit vəziyyət fonunda 2013-cü ildə Türkiyənin daxili sabitliyinin və iqtisadi inkişaf templərinin saxlanması vacibdir.
Baş nazirin müavini qeyd edib ki, Türkiyənin 2009-cu il iqtisadi böhranının aradan qaldırılması üçün yürütdüyü siyasət öz bəhrəsini verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB