Rusiya XİN-in rəhbəri yaxın vaxtlarda Laxdar Brahimi ilə görüşəcək
Serqey Lavrovun etirafı

Rusiyanın xarici işlər naziri Serqey Lavrov dekabrın 29-da BMT-nin və Ərəb Ölkələri Liqasının Suriya üzrə xüsusi səfiri Laxdar Brahimi ilə görüşəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Aleksandr Lukaşeviç açıqlama verib. Lukaşeviçin sözlərinə görə, Lavrovla Brahiminin görüşündə Suriyada hökumətlə müxalifət arasında silahlı münaqişənin siyasi-diplomatik yolla tənzimlənməsi ilə bağlı məsələlər müzakirə olunacaq.

Lukaşeviç həmçinin Rusiyanın ABŞ-la Suriya məsələsində birgə plan hazırladığı barədə məlumatların da həqiqətə uyğun olmadığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə