"BlackBerry" 1 milyon abonentini itirib. SİA Rabitə və İnformasiya Nazirliyinin rəsmi saytında yer alan xəbərə əsasən məlumat verir ki, Kanadanın "BlackBerry" smartfonları istehsalçısı Research in Motion (RIM) şirkətinin xidmətlərindən imtina edən istifadəçilərin sayı 1 milyon təşkil edərək rekord həddə çatıb. Şirkət tarixində müştərilərin bu sayda azalması heç vaxt müşahidə edilməyib və bu da öz növbəsində RIM-in maliyyə göstəricilərinə mənfi təsir göstərərək mədaxilin 1,5 dəfə azalmasına səbəb olub.
"Russia Today" saytı yazır ki, bu ilin 4-cü rübündə şirkət cəmi 2,7 milyard dollar mədaxil əldə edib. Bu da ötən ilin sentyabr-dekabr aylarının analoji göstəricisindən 47 faiz azdır.
Şirkət rəhbərliyi hazırda bütün mümkün vasitələrlə bazardakı mövqeyini möhkəmləndirməyə çalışır. Lakin RIM-in potensial uğurları səhmdarları ruhlandırmayıb və istehsalçının ABŞ birjasına çıxarılan qiymətli kağızlarının dəyəri dərhal 13 faiz azalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB