Putin ABŞ əleyhinə mübahisəli qanunu imzalayacaqmı?

Putin ABŞ əleyhinə mübahisəli qanunu imzalayacaqmı?

Rusiyada Dövlət Dumasında Amerika Birləşmiş Ştatları vətəndaşlarının rusiyalı uşaqları övladlığa götürməsini qadağan edən qanunun qəbul olunması etirazlarla müşayiət olunub. Dövlət Dumasının önündə etiraz aksiyası keçirən insan haqları fəallarından bir neçəsi polis tərəfindən saxlanılıb. İnsan haqları müdafiəçiləri hesab edirlər ki, ABŞ-ın "Maqnitski siyahısı" qanununa cavab olaraq hazırlanmış qanun layihəsinin nə rusiyalı uşaqlara, nə də ölkəyə bir xeyri olmayacaq.

Əgər qanun layihəsi parlamentin yuxarı palatası Federasiya Şurası tərəfindən də təsdiq edilərsə, imzalanmaq üçün Rusiya prezidenti Vladimir Putinə göndəriləcək. Vladimir Putin bu qanunun qəbul edilməsində o qədər də maraqlı olmadığını, lakin bunun ABŞ-da qəbul edilmiş qanuna adekvat cavab olaraq vacibliyini başa düşdüyünü deyib.

Bu arada, qanun layihəsinə qarşı 100 mindən çox imza toplanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə