Yaponiya hökuməti baş nazir Yosixito Noda da daxil olmaqla tam tərkibdə istefa verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qərar Tokioda keçirilən fövqəladə iclasda qəbul olunub. Yaponiya parlamentində baş nazir vəzifəsinə isə Liberal demokrat partiyasının namizədi Sindzo Abenin seçilməsi üçün səsvermə keçiriləcək.
Qeyd edək ki, Liberal demokrat partiyası bu ay Yaponiya parlamentinin alt palatasına keçirilən seçkilərdə qələbə qazanıb. Həmçinin Sindzo Abe 2006-2007-ci illərdə Yaponiya hökumətinə rəhbərlik edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB