Qırğızıstan prezidenti: "Amerika əsgərləri problem yaradır"
Amerika əsgərlərinin Qırğızıstanın "Manas" aviabazasında olması ölkə üçün bir sıra problemlər yaradır. Bunu Qırğızıstan prezidenti Almazbek Atambayev Ala-Arça iqamətgahında keçirdiyi mətbuat konfransında deyib.
"Hansısa bir ölkənin generalı Amerika əsgərlərinin öz ölkəsinə hücum edəcəyi təqdirdə, dünyada olan Amerika hərbi bazalarına atəş açacaqlarını bildirmişdi. Bu isə bizim üçün təhlükəli bir vəziyyət olacaq", - deyə Qırğızıstan prezidenti bildirib.
Almazbek Atambayev həmçinin 2014-cü ildə ABŞ hərbi bazasının Qırğızıstanın "Manas" hava limanından çıxarılması qərarının heç bir təzyiq altında qəbul edilmədiyini, şəxsən özünün 2010-cu ildən bəri bu məsələni gündəmə gətirdiyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB