Rusiyada soyuqdan ölənlərin sayı 123 nəfərə çatıb. SİA-nın verdiyi xəbərə görə, Rusiyada getdikcə ağırlaşan hava şəraiti bu günə qədər 123 adamın həyatını itirməsinə səbəb olub.
833 adam müalicə məqsədi ilə xəstəxanaya aparıldığından tibb işçilərinin fasiləsiz olaraq işlədikləri qeydə alınıb.
Havanın temperaturunun paytaxt Moskvada 30 dərəcə, Sibirin şərqində isə 60 dərəcəyə qədər aşağı düşdüyü qeyd edilib.
Soyuq havalar Rusiyanın sərhəddində yerləşən Ukraynaya da təsir göstərdiyindən Ukrayna Səhiyyə Nazirliyindən verilən açıqlamada bu ana qədər 83 adamın öldüyü, yüzlərlə insanınsa xəstəxanalarda müalicə aldığı bildirilib.
Yeganə Süleymanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB