Pakistan daha bir ölkənin müstəqilliyini tanıdı

Pakistan daha bir ölkənin müstəqilliyini tanıdı

Kosovanın müstəqilliyini tanıyan ölkələrin sayı artıb. Belə ki, bu dəfə adıçəkilən ölkəni Pakistan tanıyıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu Pakistanın Xarici İşlər Nazirliyi yayıb. Bu qərar Kosovoda yaşayan insanların istəklərinə uyğun olaraq qəbul edilib.

"Pakistan hakimiyyəti də Türkiyədəki səfirimizə ölkəni Kosovoda təmsil etmək səlahiyyəti vermək qərarına gəlib", - deyə açıqlamada bildirilir.

Kosovanın alban hakimiyyəti 2008-ci ildə ABŞ və bir sıra Avropa Birliyi ölkələri ilə birtərəfli şəkildə Serbiyadan azad olduqlarını elan etmişdilər. Bu gün öz müstəqilliyini elan edən Kosovo albanlarının süverenliyini təxminən 100 ölkə tanıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə