Suriyaya daha bir ölkədən yardım gəldi

Suriyaya daha bir ölkədən yardım gəldi

Türkiyə Suriyaya humanitar yardım edib. SİA-nın "Anadolu ajansı"na istinadən verdiyi məlumata görə, bunu Türkiyə baş nazirinin müavini və hökumət sözçüsü Bülənt Arınç deyib.

Onun sözlərinə görə, Suriyaya qida yardımı ilə bağlı qətnamələr imzalanıb: "Suriyada baş verənlər iqtisadi baxımdan da çox çətin vəziyyət yaradıb. Təəssüf ki, Suriya rəhbərliyi, xalqa kömək çatdırılmasına mane olur. Türkiyə hər mövzuda olduğu kimi, insani yardım mövzusunda da Suriyaya təxminən 36-37 min ton unun göndərilməsinə dair sərəncam imzalayıb".

Bütün xəbərlər Facebook səhifəmizdə