Sergey Lavrov: "Bu, siyasi intihar olar”
Rusiyadan xəbərdarlıq!

Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Russia Today" televiziyasına verdiyi açıqlamada Suriya rejiminə kimyəvi silahlarla bağlı xəbərdarlıq edib. Lavrov Əsəd rejiminin müxalifətə qarşı kimyəvi silahdan istifadə etməsi ehtimalını siyasi intihar adlandırıb. Suriyanın kimyəvi silahdan istifadə edəcəyini düşünmədiyini bildirən Lavrov Əsəd rejiminin dəfələrlə bu haqda söz verdiyini deyib.

Lavrov həmçinin Suriyadakı gərginliyə görə Qərb ölkələrini ittiham edib və bu ölkələrin yaxşı-pis terrorçu ayrıseçkiliyi saldığını söyləyib.

Türkiyə-Suriya sərhədinə "Patriot"ların yerləşdirilməsini də dəyərləndirən Lavrov bunun ABŞ-ın raket qalxanı layihəsinin bir hissəsi ola biləcəyini vurğulayıb: "Türkiyənin özünümüdafiə haqqını qəbul edirik. Ancaq bölgədə silahların toplanması onlardan istifadə riskini də artırır".

Bütün xəbərlər Facebook səhifəmizdə