3 aya parlament seçkiləri keçiriləcək

3 aya parlament seçkiləri keçiriləcək

Misirdə son aylarda böyük gərginliyə səbəb olan konstitusiya layihəsi qəbul edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, referendumun ikinci turu da başa çatdıqdan sonra konstitusiya layihəsinin 64 faiz səslə qəbul edildiyi açıqlanıb.

Rəsmi nəticələrin bu gün açıqlanması gözlənilir. Referendumda xalqın 30 faizi iştirak edib. Müxalifət referendumda bir çox qanunsuzluğa yol verildiyini bildirib və bu iddiaların araşdırılmasını tələb edib. Misir müxalifəti konstitusiyada şəriət qaydalarının əsas götürüldüyünü, Mursinin avtoritar rejim qurmağa çalışdığınl bildirir. Rəsmi olmayan nəticələr təsdiqləsə, bu, Mursi üçün böyük zəfər olacaq. Yeni Konstitusiya qüvvəyə minsə, Misirdə 3 ay ərzində parlament seçkiləri keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə