"Prezident heç bir halda hakimiyyətdə qala bilməz"

"Prezident heç bir halda hakimiyyətdə qala bilməz"

Bəşər Əsədin 2014-cü il prezident seçkilərinə qədər hakimiyyətdə qalmasını nəzərdə tutan Suriya böhranının həlli layihələri qəbuledilməzdir. SİA-nın məlumatına görə, bu barədə Əl-Cəzirə telekanalına açıqlamasında Müxalif və İnqilabi qüvvələrinin Milli koalisiyasının (MİQMK) lideri Əhməd əl-Xatib bəyan edib.

"MİQMK Əsədin dərhal postu tərk etməsini tələb edir və yalnız bu baş verdikdə hər-hansı siyasi sövdələşmə barədə müzakirə aparmağa razılaşa bilər", - deyə əl-Xatıb bildirib.

Qeyd edək ki, Əl-Xatibin bəyanatı ərəb və qərb KİV-lərində böhrandan kompromis variantının üzə çıxmasından sonra səslənib. Bu variantın əsasını iyunun 30-da Cenevrədə "Hərəkət qrupu"nun əldə etdiyi razılaşmalar təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə