Avropa Birliyindəki ölkələrdə artıq onlarla şəhər və vilayət Milad bayramı ilə Yeni ili bayram etməkdən imtina edir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Avropa Birliyinin paytaxtı Brüsselin mərkəzi meydanındakı nəhəng, 25 metrlik yolka bu il qurulmayıb.
Əvəzində elə həmin hündürlükdə işıq diodlarından konstruksiya quraşdırılıb.
Brüssel mediyasından verilən məlumata görə, "yeni konstruksiyanın heç bir dini məzmunu yoxdur: o müsəlmanlar, hindlər, yəhudilər və s. üçün eyni mənadadır". Brüsseldə ənənəvi Milad yarmarkası da ləğv olunub və onun əvəzinə "Qış sevincləri" keçirilir.
Brüsseldəki millətçi və katolik təşkilatlar buna etiraz etməyə çalışaraq mitinqə çağırışlar etsələr də, aksiyaya cəmi 10 nəfər qatılıb.
Belçika ilə yanaşı, Almaniya, İtaliya, Fransa, İspaniya, Portuqaliya, Norveçdə də bəzi şəhərlərdə dini tolerantlıqla bağlı Yeni il bayramının adı dəyişdirilərək "Qış bayramı" qoyulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB