30 ildir belə gülürük

Duyğuları hərflərlə deyil işarələrlə izah edən, dünyada daha çox istifadə edilən və artıq qlobal dilə çevrilmiş "Emoticon" 30 yaşına qədəm qoydu.

SİA-nın verdiyi məlumata görə, "Emoticon"-lardan hər gün ən az 2 milyard dəfə istifadə edilir.

Məlumat üçün bildirək ki, "Gülən sifət" ifadəsi ilk dəfə 15 sentyabr 1982-ci ildə Karnig Mellon Universitetinin müəllimi olan ABŞ-lı kompyuter mütəxəssisi Skott Fahlmen tərəfindən istifadə edilib.

Yeganə Süleymanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə