Şahzadədən Talibana zərbə

Əfqanıstanda hərbi xidmətdə olan Şahzadə Harri ötən günlərdə Talibanın nüfuzlu şəxslərindən birini qətlə yetirib.

SİA-nın "Sun" qəzetinə istinadən verdiyi məlumata görə, oktyabr ayının sonlarında əməliyyata qatılan Şahzadə Harrinin əməliyyat zamanı Taliban komandirlərindən birini öldürdüyü bildirilib. Verilən məlumatda Helmanddaki birliyində "Böyük H" olaraq bilinən "qəhrəman Şahzadə"-nin Taliban komandirini şəxsən öldürdüyü yazılıb. İngiltərə taxtının üç nömrəli varisi olan 27 yaşındakı Prensin Əfqanıstandakı hərbi əməliyyatlarda demək olar ki, hər gün şəxsən iştirak etdiyi və onunla bir komandada olan əsgərlərin onu çox sevdiyini bildirib. İngiltərə Müdafiə Nazirliyi sentyabr ayının əvvəllərində Şahzadə Harrinin dörd aylıq müddətə Əfqanıstana göndərildiyini açıqlamışdı.

Yeganə Süleymanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə