Barbadoslu məşhur müğənni Rihanna ölkəsindəki xəstəxanalardan birinə 1 milyon 750 min dollar məbləğində yardım edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, müğənni "Kraliça Elizabeth" xəstəxanasında qohumları ilə qatıldığı mərasimdə bu qərara gəlib.
Rihanna nənəsinin xatirəsinə xəstəxanaya 1 milyon 750 min dollar hədiyyə edəcəyini, eləcə də 3 ədəd tibbi cihazın alınmasına kömək edəcəyini deyib. Bu addımı atmasına səbəb kimi isə "Barbadosa vəfa borcunu ödəmək" olduğunu söyləyib.
Qeyd edək ki, xəstəxanada fəaliyyət göstərən şöbələrdən biri məhz onun iyun ayında ölən nənəsinin şərəfinə Klara adlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB