Suriyada hökumət qoşunlarının Xalfayya şəhərinə endirdiyi aviazərbə nəticəsində 93 nəfərdən çox adam həlak olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hüquq müdafiəçiləri 50-dən çox vətəndaşın yaralandığını bildirib. Yaralıların bir çoxunun vəziyyəti ağır olduğundan, ölənlərin sayının artacağı istisna olunmur.
Aviazərbə şəhərdəki çörəkbişirmə müəssisəsinə endirilib. Üsyançıların nəzarətində olan Xalfayyada son günlər çörək qıtlığı yaşandığından, müəssisə yaxınlığında böyük növbə yaranıbmış. Bu səbəbdən ölən və yaralananların sayı çox olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB