Prezident and içdi

Sloveniya prezidentinin andiçmə mərasimi keçirilib

Sloveniya prezidenti Borut Paxorun şənbə günü Lyublanda parlament binasində andiçmə mərasimi keçirilib. Andiçmə mərasimi milli televiziya ilə canlı yayımlanmışdır.

Qeyd edək ki, Paxor 1991-ci ildən ölkə müstəqil elan edildikdən sonra seçilən 4-cü prezidentdir. O dekabrın 2-də keçirilən prezident seçkilərinin ikinci turunda 67,37 faiz səs toplayaraq qalib gəlib. Paxorun prezident mandatının müddəti 5 ildir.

Bütün xəbərlər Facebook səhifəmizdə