Prezident parlamenti buraxdı

İtaliya prezidenti Corcio Napolitano ölkə parlamentinin buraxılması barədə fərman imzalayıb. SİA-nın İTAT-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Corcio Napolitano jurnalistlərlə görüşdə deyib ki, bu qərar əsas siyasi partiya liderləri ilə hökumət böhranı ilə bağlı məsləhətləşmələrdən sonra qəbul olunub.

Məlumat üçün bildirək ki, prezident cümə günü baş nazir Mario Montinin istefasını qəbul edib.

Qeyd edək ki, yeni parlament seçkiləri 2013-cü ilin fevralın 24-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə