Japan Display şirkəti aşağı enerji sərfiyyatlı qabaqcıl maye kristal ekran yaradıb. Yeni panel maye kristal əsasında hazırlanmış müasir analoqlarından işıqlandırmanın olmaması ilə fərqlənir. Əvəzində ekran onun üzərinə düşən işıqdan istifadə edir və belə halda kağıza oxşamış olur.
Maye kristal panel əvvəlcə yalnız monoxrom təsviri əks etdirir. Təsvirin rəngli olması üçün ona xüsusi filtrlər yerləşdirilir. Bundan başqa, yeni ekranlar piksel yaddaşa malikdir. Onlar hərəkətsiz fotonu ekranda saxlaya və onu akkumulyator enerjisi sərf etmədən göstərə bilərlər.
Yüksək enerji effektivliyi və videonu rəngli əks etdirmək imkanı ilə seçilən belə panellər bukriderlərdə quraşdırılmış ekranları əvəz edə bilər. İxtira İokoqama şəhərində keçirilən "FPD International Japan 2012" sərgisində təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB