Türk diplomatın “ASALA” tərəfindən öldürülməsindən 33 il ötür

Türk diplomatın “ASALA” tərəfindən öldürülməsindən 33 il ötür

"ASALA" Türkiyənin xarici ölkələrdə vəzifəli olan 42 diplomatını öldürüb

Bu gün türk diplomat Yılmaz Çolpanın Fransanın paytaxtı Parisdə qətlə yetirilməsindən 33 il ötür. Məlumata görə, Türkiyənin Parisdəki turizm müşaviri Yılmaz Çolpan 1979-cu il dekabrın 22-də erməni terror şəbəkəsi "Asala" tərəfindən öldürülüb. Çolpan ermənilərin Parisdə qətlə yetirdiyi 2-ci diplomat olub. Hadisədən sonra xəbər agentliklərinə zəng vuran bir şəxs qətli "erməni soyqırımı ədalət birliyi" adlı təşkilat tərəfindən həyata keçirildiyini bildirib. "Türkiyə hökuməti ermənilərin haqlarını vermədiyi üçün türk diplomatları öldürürük" – deyə zəng vuran şəxs bildirib.

Xatırladaq ki, erməni terror təşkilatı "Asala" Türkiyənin xarici ölkələrdə vəzifəli olan 42 diplomatını öldürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə