Amerikalılar rus uşaqları övladlığa götürə bilməyəcəklər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Rusiya Dövlət Duması rus uşaqların amerikalılar tərəfindən övladlığa götürülməsinin qadağan olunmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
ABŞ-da qəbul edilən "Maqnitski aktı"na qarşı hazırlanan layihənin lehinə 420 deputat səs verib. Sənəd parlamentin yuxarı palatasına - Federasiya Şurasına, daha sonra isə təsdiq üçün prezidentə göndəriləcək. Qanun eyni zamanda xaricdəki rusların haqlarını pozan amerikalılara viza verilməsinin qadağan olunmasını, eyni zamanda Amerika fondlarından maliyyələşdirilən qeyri-hökumət təşkilatlarının fəaliyyətinə icazə verilməməsini nəzərdə tutur. Bundan əlavə, ABŞ pasportuna sahib olan Rusiya vətəndaşları da QHT sədri və ya üzvü ola bilməyəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB