Fransanın eks-prezidenti Nikola Sarkozinin seçki kampaniyasında qanunsuzluq aşkarlanıb. SİA-nın verdiyi xəbərə görə, Fransada prezidentliyə namizədlərin seçki kampaniyasındakı xərclərini təftiş edən rəsmi komissiya Nikola Sarkozinin 2012-ci ilin prezident seçkiləri kampaniyasının ikinci turunda saxtakarlıq edildiyini müəyyənləşdirib. Komissiya Sarkozinin prezident qismində həyata keçirdiyi səfərlərdə seçki təbliğatı aparmasının qanunsuz olduğuna dair qərar verib. Konstitusiya Məhkəməsi komissiyanın hesabatını təsdiqləyərsə, Sarkozi ikinci turdakı seçki kampaniyası üçün dövlətdən aldığı 10 milyon avroya yaxın pulu geri ödəməli olacaq.
Qeyd edək ki, Fransanın seçki sisteminə görə, ikinci tura qalan namizədlərin kampaniya xərcləri 22 milyon avronu keçməməlidir və bu pulun yarısını dövlət ödəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB