Yəmən prezidentindən gözlənilməz addım

Yəmən prezidentindən gözlənilməz addım

Əbd Rəbbu Mənsur Hadi sabiq prezidentin yaxınlarını vəzifədən uzaqlaşdırıb

Yəmənin paytaxtı Sənada minlərlə adamın iştirakı ilə kütləvi etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları ölkənin keçmiş prezidenti Əli Abdulla Salehin yaxın adamlarının yeni hökumətdən və ordu qüvvələrindən kənarlaşdırılmasını tələb ediblər.

Etiraz aksiyasına Yəmən prezidenti Əbd Rəbbu Mənsur Hadinin ötən gün verdiyi qərar təkan verib. Hadi Yəmənin Müdafiə Nazirliyində çalışan Salehin oğlunu, qohumlarını və yaxın adamlarını tutduqları vəzifədən kənarlaşdırmaqla, sabiq prezidentin hökumətlə olan bağlarını tamam qırıb. Bundan sonra küçələrə çıxan yəmənlilər Saleh hökumətinin bütün "qalıqlarının təmizlənməsini" tələb ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə