"Suriyadakı müharibə bitənə bənzəmir"
Ban Ki Mundan bədbin açıqlama

BMT-nin baş katibi Ban Ki Mun Suriyadakı müharibənin bitənə oxşamadığını söyləyib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 2012-ci ilin nəticələri ilə bağlı mətbuat konfransı keçirən baş katib ölkədə 21 aydır davam edən toqquşmaların başa çatmasına və hökumtlə müxalifət arasıda siyasi dialoqun başlayacağına dair əlamətlərin olmadığını bildirib.

Toqquşmaların dayandırılmasının yeganə yolunun siyasi razılıqdan keçdiyini bildirən Ban Ki Mun ikiyə bölünmüş BMT Təhlükəsizlik Şurasına birləşmə və Suriyadakı tərəflərə istiqamət vermə çağırışı edib: "Suriyada il toqquşmalarla başladı, müharibə ilə bitir. Gün keçdikdə ölü sayı artır. Aylar keçdikcə regional bölünmələr dərinləşir".

Bütün xəbərlər Facebook səhifəmizdə