Məhəmməd İbrahim əl-Şaara Dəməşqdə törədilən terror aktı zamanı yaralanıb. Suriyanın daxili işlər naziri Məhəmməd İbrahim əl-Şaara Dəməşqdə törədilən terror aktı zamanı yaralanıb. Nazir müalicə olunmaq üçün Livandakı xəstəxanalardan birinə aparılıb.
Bu barədə məlumatı "BBC News" yayıb. Nazirin vəziyyəti barədə dəqiq informasiya verilməsə də, bununla belə onun durumunun kritik olmadığı ehtimal edilir.
Bəzi xəbərlərə görə çiynindən, bəzi xəbərlərə görə isə qarnından yaralandığı bildirilən nazirin müalicə üçün Livana göndərilməsi məsələsinə dövlət rəsmiləri tərəfindən aydınlıq gətirilməyib.
Bununla belə qeyd olunub ki, xəstəxanalar dolu olmasına baxmayaraq yenə də yaralıları qəbul edir. Başqa sözlə desək, nazirin müalicə üçün Livana göndərilməsi yer çatışmazlığı səbəbindən olmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB