Ərdoğan: "Buna İran qərar verə bilməz"

Ərdoğan: "Buna İran qərar verə bilməz"

"Biz dəvətimizi etdik, gəlib-gəlməmək İranın qərarıdır". SİA-nın verdiyi xəbərə görə, bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Portuqaliyanın baş naziri Pedro Passos Koelyo ilə görüşündən sonra mətbuat konfransında deyib.

Baş nazirə İran prezidenti Mahmud Əhmədinejatın dəvət edilməsinə baxmayaraq Şəbi-Aruz mərasimində iştirak etməməsinin səbəbi haqda sual ünvanlanıb. Qeyd edək ki, Əhmədinejatın Türkiyəyə "Patriot" sistemlərinin yerləşdirilməsinə etiraz əlaməti olaraq Konyaya gəlmədiyi bildirilir.

Baş nazir isə "biz dəvətimizi etdik, gəlib-gəlməmək qərarı İrana aiddir" deyib. Ərdoğan İran Silahlı Qüvvələri Baş Qərargah rəisinin ""Patriot"lar üçüncü dünya müharibəsinə səbəb ola bilər" sözlərinə də etiraz edib: "Bu adam zaman-zaman belə çıxışlar edir. Amma mənim bir baş nazir olaraq ona cavab verməyim doğru olmaz. İran rəsmiləri açıqlama verməlidir. Üçüncü dünya müharibəsinin başlamasına oradakı bir neçə nəfər qərar verə bilməz".

Bütün xəbərlər Facebook səhifəmizdə