Son əməliyyatlarda 91 nəfər ölüb

Ölənlər arasında qadınlar və uşaqlar da var
Son əməliyyatlarda 91 nəfər ölüb

Suriyada ordu qüvvələrinin müxtəlif şəhərlərdə həyata keçirdiyi son əməliyyatlarda ölənlərin sayının 91-i keçdiyi açıqlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Suriya İnsan Haqları Təşkilatı ordunun Dəməşqdə 36, Derada 20, Xamada 12, Deyr Əz Zurda 7, Hələbdə 6, Humusda 6, İdlibdə 4 nəfəri öldürdüyünü xəbər verib. Ölənlərin arasında 9 qadın və 5 uşaq da var. Təşkilat 6 nəfərin də işgəncə səbəbilə dünyasını dəyişdiyini bildirib.

Suriya Ümumi İnqilab Şurası isə Humus və Hələb başda olmaqla ölkənin bir çox şəhərində iki ordu arasında toqquşmaların davam etdiyini açıqlayıb.

Əsəd rejiminə bağlı Suriya Ordu və Silahlı Qüvvələr Komandanlığı silahlı qrupların Hələbin kənarındakı Handerat hava müdafiə alayına hücum etdiyini açıqlayıb. Komandanlıq müxaliflərin alayın bəzi hissələrinə girməyi bacardığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə