İtaliya Avrozonanı tərk edə bilər

İtaliya Avrozonanı tərk edə bilər

Berluskonidən Avropa Birliyinə ultimatum

"Əgər Almaniya Avropa Mərkəzi Bankının mərkəzləşmiş şəkildə fəaliyyət göstərməsinə və dövlətlərə verilən borcların azalmasına razılıq verməsə, biz Avrozonanı tərk edəcək və milli valyutamıza qayıdacağıq."Bunu İtaliya mediasına müsahibəsində keçmiş baş nazir Silvio Berluskoni bildirib. Onun sözlərinə görə, bunun baş verməməsi üçün Avropa Mərkəzi Bankına daha çox səlahiyyət verilməlidir.

Qeyd edək ki, keçmişdə də bu tip açıqlamalar verən Silvio Berluskoni, sonradan sözünü geri götürmüşdü. Hazırda keçmiş baş nazir seçkilərdə namizəd olacağı "Xalqın azadlığı" partiyasına dəstək toplamaqla məşğuldur. Gələn ilin fevral ayında keçiriləcək parlament seçkilərdə qalib gəlməyə hazırlaşan Berluskoni yenidən baş nazir olmaq niyyətindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə