Türkiyə kosmodrom tikəcək

Türkiyə peyklərin orbitə buraxılması üçün kosmodrom tikməyi planlaşdırır. Bunu ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib.

"Dünyada cəmi 11 ölkədə kosmodrom var. Türkiyə ikinci kəşfiyyat peykini orbitə buraxdıqdan sonra öz ərazisində kosmodrom yaratmağa başlayacaq", - Ərdoğan deyib. Onun sözlərinə görə, Türkiyənin "Göktürk-2" ikinci kəşfiyyat peykinin buraxılışı ölkədə aviakosmik sənayenin nə dərəcədə inkişaf etdiyini göstərir.

Ərdoğan qeyd edib ki, Türkiyəyə 140 milyon lirəyə başa gələn "Göktürk-2" peyki beşillik istifadə üçün nəzərdə tutulub. Dünən "Göktürk-2" ikinci kəşfiyyat peykinin buraxılışı həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə