Aleksandr Lukaşenko: "Özbəkistanın KTMT-dakı üzvlüyünə rəsmən son qoyuldu"
Bu barədə Belarus prezidenti Moskvada keçirdiyi mətbuat konfransında bildirib
Özbəkistanının Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) üzvlüyünü rəsmən dayandırılıb. Rusiya mətbuatının məlumatına görə, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko Moskvada bu gün keçirdiyi mətbuat konfransında bildirib.
"Biz onların müraciətini müsbət cavablandırdıq və KTMT-dəki fəaliyyətlərinə son qoyduq", - deyə A. Lukaşenko bildirinb.
Məlumat üçün bildirək ki, Özbəkistan bu ilin iyun ayında təşkilatın katibliyinə müraciət ünvanlayaraq orada üzvlüyünə son qoyulmasını xahiş etmişdi. KTMT-da Rusiya, Tacikistan, Qırğızıstan, Qazaxıstan, Belarus və Ermənistan üzvdür. Təşkilat 1992-ci ilin 15 mayında yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB