Elm adamları antik Misir fironlarından olan III Ramzesin ölümü ilə bağlı minillik sirrin üstünü açıblar. SİA-nın "British Medical Journal" jurnalına istinadən verdiyi məlumata görə, III Ramzesin mumiyasının üzərində aparılan CT yoxlamasında fironun boğazında ölümcül bir kəsiyin olduğu bildirilib.
İtaliyadakı mumiyalar və Buz Adamlar İnstitutundan paleopatoloq, həkim Albert Zink III Ramzesin mumiyası və onun oğlu Şahzadə Pentavereyə aid olduğu təxmin edilən cəsədi araşdırdıqlarını söyləyib.
Qahirədəki Misir Muzeyində saxlanılan cəsədlərin üzərində DNT testini apardıqlarını deyən Zink, III Ramzesin qırtlağının altında 7 santimetr uzunluğunda dərin kəsik olduğunu qeyd edib. İti bir bıçaq vasitəsilə həyata keçirilən bu hadisə onun bir neçə dəqiqə içərisində ölümünə səbəb olub. Paleopatoloq III Ramzesin boğazında yerləşən bu kəsiyin içində "Horus Gözü" tilsimini tapdıqlarını bildirib.
Məlumat üçün bildirək ki, "Horus Gözü" antik Misirdə Günəş tanrısı olan Horusun gözündən heç bir şeyin qaçmadığını, insanın daxili aləmindəki hər bir niyyətinin, həmçinin yer üzərindəki hər şeyin Tanrıya agah olduğunu işarə edir.
Yeganə Süleymanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB