Türkiyənin Xarici İşlər Nazirliyi İraqda son zamanlarda artan gərginlik və terror aktları ilə bağlı açıqlama yayıb. SİA-nın verdiyi xəbərə görə, açıqlamada İraqdakı Amerika əsgərlərinin çəkilməsinin birinci ildönümü ərəfəsində və ölkədəki gərginliyin artdığı dövrdə yenidən artan terror aktlarının İraq xalqına qarşı yönəldiyi bildirilib: "İraq xalqının və iraqlı liderlərin ölkədəki gərgin atmosferdən bəslənən qaranlıq çevrələrin bu məqsədlərinə çatmalarına imkan verməyəcəyinə inanırıq".
Açıqlamada Türkiyənin terror bəlasıyla mübarizədə İraq xalqı ilə həmrəylik içəsirində olmağa davam edəcəyi vurğulanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB