"Axmaq fikirləri olanlar "Patriot"lardan narahat ola bilərlər"
Ramussendən İrana sərt cavab

NATO-nun baş katibi Anders Foq Rasmussen İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi Həsən Firuzabadinin "Patriot"lar dünya müharibəsinə səbəb ola bilər" açıqlamasına sərt reaksiya verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Belçikanın baş naziri Elio Di Rupo ilə görüşən Rasmussen birgə mətbuat konfransında "Raketlərindən hücum məqsədilə istifadə etmək kimi axmaq fikirləri olanlar "Patriot"lardan narahat ola bilərlər" deyib.

Baş katib İran rəsmilərinin iddialarını qınadığını deyib və "Patriot"ların Türkiyəyə müdafiə məqsədilə yerləşdiriləcəyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə