Şahzadə “UÇAN SARAY” sifariş verib

Şahzadə “UÇAN SARAY” sifariş verib

Sarayda "türk hamamı" da olacaq

Dünyanın ən varlı adamlarından biri olan Səudiyyə Ərəbistanının şahzadəsi iş adamı kimi də böyük uğur qazanıb. Onun sifarişi ilə "Airbus-380" təyyarəsi "uçan saray" formasına salınmalıdır. Bunun üçün şahzadə şayiələrə görə 485 milyon dollar ödəyəcək. Bu barədə "Arabian Business" qəzeti xəbər yayıb.

Təyyarə 3 mərtəbəli olacaq. Konfrans və banket zalları ilə yanaşı təyyarədə milyarderin 5 otaqlı evi də olacaq. Maraqlıdır ki, mərtəbələrin birində "türk hamamı" da quraşdırılıb. Bundan başqa şahzadənin ibadət otağı da nəzərdə tutulub. Otaqda Məkkənin istiqaməti avtomatik olaraq müəyyən ediləcək. Təyyarədə lift də olacaq. Lift vasitəsi ilə qaraja da düşmək olar. Qaraş da isə şahzadənin "Rolls-Royce" markalı avtomobili yerləşdiriləcək.

Qeyd olunur ki, "uçan saray" hələ ki, yeganə nüsxədə mövcuddur. Amma "Airbus" şirkəti ümid edir ki,Əlvalid bin Talalın bu sifarişindən sonra belə "saray"lara maraq artacaq. Və şirkətə tezliklə yeni sifarişlər daxil olacaq. Bu barədə "Airbus"un Yaxın Şərq bölümünün rəhbəri Həbib Fekih "Arabian Business"ə məlumat verib.

Qəzet yazır ki, şahzadə Riyadda əsası qoyulmuş "Kingdom Holding"in sahibidir və 21,3 milyard dollar kapitalı var. 2009-cu ildə sifariş olunmuş "Uçan saray" hazırda Fransada yığılır və gələn il sahibinə təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə