Bu gün Suriyada 73 nəfər həlak olub

Bu gün Suriyada 73 nəfər həlak olub

Suriyada hökumət ordusunun təşkil etdiyi əməliyyatda ölənlərin sayı 73 nəfərə çatıb. Suriya İnsan Haqları Təşkilatının verdiyi məlumata görə, Şamda 29, İdlibdə 14, Derada 8, Hasekedə 7, Deyruz və Hamada 4, Hələbdə 2 nəfərin həlak olduğu bildirilir.

Azad Suriya Ordusu ilə hökumət qüvvələri arasında hava yolunda şiddətli qarşıdurma yaşanıb. Suriya rəsmi agentliyi "SANA" dövtəl mühafizə orqanlarının həyata keçirdiyi əməliyyatlarda terroristləri təsirsiz hala gətirdiyini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə