Keçmiş Misir prezidentinin başı yarılıb və bədənində qançırlar əmələ gəlib
Misirin həbsdə olan keçmiş prezidenti Hüsnü Mübarək yıxılaraq xəsarət alıb. MIGnews.com saytının verdiyi məlumata görə, xəbəri Misir KİV-i yayıb.
Həbsxana administrasiyasından bildirilib ki, eks-prezidentin hamamda ayağı sürüşüb və o yıxılıb. Nəticədə Hüsnü Mübarəkin başı yarılıb və bədənində qançırlar əmələ gəlib. Tibbi müayinədən keçirilən keçmiş prezidentin vəziyyətinin qənaətbəxş olduğu və tezliklə özünə gələcəyi bildirilir.
Xatırladaq ki, Hüsnü Mübarək ömürlük həbs cəhasına məhkum edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB