Klintonun beyni silkələnib

ABŞ dövlət katibinin mədəsində virus var imiş

ABŞ dövlət katibi Hillari Klinton huşunu itirərək yıxılıb və nəticədə beyni silkələnib. Bu barədə ABŞ Dövlət Departamentinin rəsmisi məlumat yayıb. H.Klintonun mədə virusundan əziyyət çəkdiyi bildirilir.

Hillari Klintonun beyni silkələndikdən sonra o, xəstəxanada yatmaqdan imtina edərək ev şəraitində müalicə almaq qərarına gəlib.

"O, gələn həftədən Departament rəsmiləri və digər şəxslərlə daim əlaqədə olaraq ev şəraitində çılaşmağa başlayacaq", - deyə Hillari Klintonun köməkçisi Filipp Reyns bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə