Təyyarələr aşkarlanmış Zap və Hakurk düşərgəsindəki 6 ayrı nöqtəni bombalayıb
İraqın şimalında kəşfiyyat uçuşu həyata keçirən pilotsuz təyyarələr tərəfindən PKK terrorçuları arasında aktivlik müşahidə edilib. Terrorçuların əvvəllər hava əməliyyatında bombalanan Zap və Hakurk bölgələrinə yerləşməyə çalışdığı məlumatı alınıb. Təyyarədən alınan məlumatların Diyarbəkrin II Hava Qüvvələri Komandirliyindəki mərkəzə ötürülməsindən sonra alınan kəşfiyyat məlumatları bölgədəki yerli kəşfiyyat mənbələri tərəfindən də təsdiqlənib.
VIII Ana Qırıcı Baza Komandirliyindəki "Pars" flotunun tam sursatlı 4 qırıcı təyyarəsi dərhal bölgəyə göndərilib. İraqın şimalına uçan təyyarələr aşkarlanmış Zap və Hakurk düşərgəsindəki 6 ayrı nöqtəni bombalayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB