ABŞ-da qətliam törədəni xəstə çıxardılar

ABŞ-da qətliam törədəni xəstə çıxardılar

ABŞ-da 27 nəfəri öldürən qatilin qardaşı: "Adam Lanza autizmdən əziyyət çəkirdi"

ABŞ-ın Konnektikut ştatında ibtidai məktəbdə 20-si uşaq və 7-sı böyük olmaqla 27 nəfəri, daha sonra isə özünü güllələyən qatil haqqında təfərrüatlar məlum olub. 20 yaşlı qatil Adam Lanzanın polis tərəfindən dindirilən 24 yaşlı qardaşı Rayan Lanza bildirib ki, qardaşı autizm xəstəsi olub və autizmin formalarından biri olan "Asperqer sindromundan" əziyyət çəkib. Rayan Lanza kiçik qardaşında bir sıra digər psixiki pozğunluqların da müşahidə edildiyini etiraf edib.

20 yaşlı qatilin qonşularının da onu "qəribə gənc oğlan" kimi qələmə verir və onda sözügedən sindromun və psixiki pozğunluqların olmasını sübut edən davranış nümayiş etdirdiyini bildirirlər.

Qeyd edək ki, Adam Lanzanın öldürdüyü adamlar arasında onun atası da var. O, əvvəlcə Nyu-Cersidə evlərində atasını və anasını öldürüb, sonra isə onun avtomobilində anasının işlədiyi məktəbə yollanıb. Qatilin anası ilə atasının ayrılmağa hazırlaşdığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə