Avrozonanı ağır günlər gözləyir

Avrozonanı ağır günlər gözləyir

Avrozonanın ağır günləri hələ qabaqdadır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu Almaniyanın federal kansleri Angela Merkel Brüsseldə keçirilən Avropa Birliyi liderlərinin ikigünlük sammitinin yekunlarına dair keçirilən mətbuat konfransında jurnalistlərə deyib.

Kansler bildirib ki, Avrozona artıq çətin dövrü keçib" fikri ilə razı deyil: "Valyuta blokunu hələ bir neçə il davam edəcək. Avropanı ağrılı islahatlar, aşağı artım və yüksək işsizlik gözləyir".

Həmçinin Almaniya kansleri Angela Merkel bank nəzarəti və Yunanıstana yardımın ayrılması ilə bağlı qəbul olunan razılaşmaları yüksək dəyərləndirib, lakin bəzi optimist siyasətçilərin səsləndirdiyi pozitiv proqnozlara daha ehtiyatla yanaşdığını bildirib: "Avropa valyuta bloku əmək bazarının inkişafına və struktur islahatlara yaxın bir neçə il ərzində ümid bəsləməli deyil. 2013-cü il Avropa ölkələri üçün 2012-ci illə müqayisədə heç də az problemli olmayacaq. Avropa Mərkəzi Bankın qeyd etdiyi kimi, 2013-cü ildə Avrozonanın iqtisadiyyatında çox aşağı inkişaf templəri müşahidə olunacaq, bir neçə ölkədə isə hətta mənfi olacaq. Bundan başqa, işsizlik çox yüksək səviyyəyə çata bilər. Bu il nailiyyətlərimiz az olmayıb. Lakin bizi gələcəkdə çox çətin günlər gözləyir, problemləri bir qətiyyətli addımla həll etmək qeyri-mümkündür. Müxtəlif təkliflər üzərində çox müzakirələr aparılıb. Lakin bu baş tutmayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə