İranın asılılığı azalacaq

İrana qarşı beynəlxalq təzyiqlər ölkənin inkişafının qarşısının alınmasına yönəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İran prezidenti deyib ki, dünya valyutalarına nisbətdə İran rialının dəyər itirməsi düşmənin planının bir hissəsidir. Düşmənlərimiz inkişaf etmiş və güclü İrandan çəkinirlər. "Onlar ölkənin sanksiya və məhdudiyyyətlərlə iflic olacağını düşünürdülər, lakin əhəmiyyətli bir şey baş vermədi və İran əvvəlki kimi yüksələn xətt üzrə inkişaf edir. İran milli valyutasını möhkəmləndirməyə çalışır. İran yaxın 2-3 ildə neft gəlirlərindən daha az asılı olacaq."

Bütün xəbərlər Facebook səhifəmizdə