1991-ci ildə İtalyanın Alp dağlarında tapılan 5300 illik mağara adamı Otzinin üzərində çalışan elm adamları cəsədin yaralarında qırmızı qan hüceyrələri tapıblar. Qan hüceyrələri çox tez məhv olduğu üçün bu cür köhnə nümunələrdə normalda qan nümunəsi tapmaq mümkün olmurdu. Otzi üzərində aparılan ilk araşdırmalarda da qan qalığına rast gəlinməmişdi.
"Royal Society Interface" adlı jurnalda nəşr olunan araşdırma Otzini mükəmməl şəkildə mühafizə edən şərait sayəsində ölümündən qısa bir müddət əvvəl axan qanının da qorunduğu ortaya çıxıb. Otzinin qanı indiyə qədər əldə edilmiş ən köhnə qan nümunəsi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB