İrqçi mövqeyi ilə tanınan, Qəzzaya atom bombasının atılmasını istəyən İsrailin xarici işlər naziri Aviqdor Liberman çirkli pulların yuyulmasında, korrupsiyada və vəzifəsindən sui-istifadə etməkdə ittiham olunur. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İsrail baş prokurorunun Libermanı 2001-2008-ci illər arasında törətdiyi cinayətlərə görə ifadə verməyə çağırdığı iddia edilir.
Libermanın 2001-ci ildə millət vəkili olduqdan sonra rəsmən ayrıldığı şirkətlərə nəzarət etdiyi bildirilir. Şirkətlərin hesab hərəkətlərinin şübhə doğurduğuna inanan müstəntiqlər Libermanın bu yolla bəzi iş adamlarından pul aldığını təxmin edir. "Haaretz" qəzeti Libermanın deputat və nazir olduqdan sonra bəzi şirkətləri qızının və sürücüsünün adına keçirdiyini yazır. Qəzet Libermanın haqqında çirkli pulların yuyulması, vəzifədən sui-istifadə, yalan ifadəyə məcbur etmə ittihamları ilə də cinayət işi açıla biləcəyini qeyd edib. Liberman haqqındakı bir istintaq işiylə bağlı ona məlumat ötürən bir diplomata haqsız yerə vəzifə verməklə də ittiham olunur. Bu ittihamların Libermanın istefası ilə nəticələnəcəyi güman edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB