Xəzinə Nazirliyindən verilən açıqlamada İranın uran zənginləşdirmə proqramında iştirak edən 5 şəxsə və 7 şirkətə sanksiya tətbiq ediləcəyi bildirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Firidun Abbas Davani, Sayit Cabir Səfdəri, Mürtəza Əhmədəli Behzat, Əmir Hüseyn Rahəmyar və Məhəmməd Rza Rizvanzadə adlı şəxslərlə "Pouya Control", "Iran Pooya", "Aria Nikan Marine Industry", "Faratech", "Neda Industrial Group", "Tarh O Palayesh" və "Towlid Abzar Boreshi Iran'' adlı şirkətlərin ABŞ-dakı əmlakları dondurulub və ABŞ vətəndaşlarının onlarla ticarət əlaqələri qadağan edilib. Eyni zamanda bu şəxslər və şirkətlər üçün pul transferini həyata keçirən xarici bankların ABŞ bank sisteminə girişi də qadağan olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB