ABŞ siyahısında iki ən güclü erməni lobbisi

ABŞ siyahısında iki ən güclü erməni lobbisi

ABŞ-ın ən nüfuzlu etnik lobbisi təşkilatlarının ilk onluğuna iki erməni lobbi təşkilatı daxil olub. Belə ki, Amerika Erməni Milli Komitəsi (ANKA) ABŞ-ın ikinci ən güclü lobbi təşkilatıdır. SİA-nın xəbərinə görə, bu barədə "Time to Analyze" analitik portalı məlumat verib.

Erməni mətbuatında qeyd olunub ki, adıçəkilən lobbinin fəaliyyəti sayəsində ABŞ təkcə Ermənistana deyil, Dağlıq Qarabağdakı separatçı rejimə də əvəzsiz maliyyə yardımı göstərməkdə davam edir. Həmçinin verilən məlumata görə, Ermənistan ABŞ-dan ən çox maliyyə və hərbi yardımlar alan ölkələr siyahısında İsraildən sonra ikinci yeri tutur.

İkinci ən böyük erməni lobbi təşkilatı isə Amerika Erməni Assambleyası olub. Assambleya uzun illər ictimaiyyəti erməni məsələləri ilə bağlı məlumatlandırıb. Bu təşkilatın sayəsində etnik ermənilərin ölkədə gedən demokratik proseslərdə, Ermənistan və Dağlıq Qarabağa ianələrin toplanmasında iştirak səviyyəsi artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə