Ümrə və Həcc ziyarətlərindən sonra dünyanın hər yerinə aparılan zəmzəm suyunun istehsalı üçün Məkkədə yeni stansiyalar qurulacaq. SİA-nın verdiyi məlumata görə, Məkkədə tikinti üçün nəzərdə tutulan 10 min kvadrat metrlik stansiyalarda köhnə qurğuların yerinə inşa ediləcək yeni binada saatda 12 min bidon zəmzəm çıxarılacaq.
Zəmzəm fabrikinin direktoru Süleyman Əbu Cilah açıqlamasında bildirib ki, yeni yaradılacaq stansiya 7,5 milyon dollara başa gələcək: "Binanın tikintisi üçün ətrafdakı 100 ev söküləcək. Tikinti gələcək həcc mövsümünə qədər hazır olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB