ABŞ-ın terror məsələləri üzrə məşhur eskperti, professor Şeli PKK terrorçularının narkotik vasitələrlə yanaşı, saxta dərman binzesi ilə məşğul olduqlarını açıqlayıb. Antalyada təşkil olunmuş "Terrorizim və başqa cinayətlər" mövzusuna həsr olunmuş 4-cü simpoziuma qatılan terror üzrə mütəxəssis Dr. Prof. Şeli PKK-nın gələcəkdə həyata keçirə biləcək təhlükəli planları barədə də danışıb.
O bildirib ki, bu günə qədər narkotikdən gələn gəlirlə kifayətlənməyən terror təşkilatı artıq saxta dərman biznesinə girişib. Bunun gələcəkdə böyük fəsadlara yol açacağını deyən professor problemin həlli yollarını da deyib.
O, nitqində vurğulayıb ki, bu məsələnin həllini terroçuların maliyyə qaynaqlarını tapıb məhv etməkdir: "Dünyada bütün terror təşkilatları maliyyə mənbəyi tapmaq üçün yeni cinayət sektorları yaradırlar. Türkiyənin bu məsələdə xüsusi ilə diqqətli olması və tədbirlər planını görməsi vacibdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB